Bakı şəhəri Yasamal rayonunda dəhşətli yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus 2 otaqlı mənzilin dəhlizinin və hamamının yanar konstruksiyaları 42 kv.m sahədə, vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan qonşu mənzilin tavanı 8 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı mənzildə yaşayan 2 nəfər, 2010-cu il təv. Əhmədov Rauf Zahid oğlunun və 1949-cu il təv. Korolyova Valentina Pavlovanın meyitləri aşkar olunub. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti almış və 1 nəfər tüstüdən zəhərlənib.
Meyitlər aidiyyatı üzrə təhvil verilib.
Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB