Lənkəran şəhərində vətəndaşa məxsus ev yanıb. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin mətbəxinin, aynabəndinin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB