Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lerik şəhərində vətəndaşa məxsus "NİVA" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Qaradağ rayonunda ümumi sahəsi 1500 kv.m olan istismara yararsız, kəsilməkdə olan "HOLAND" quyu qazma qurğusunda 150 kv.m sahədə mazut qalıqları yanıb.

Qurğunun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə