Ötən gün Bakıda Bakı-Moskva sərnişin qatarı Zabrat-Pirşağı istiqamətində yük maşını ilə toqquşub. SİA xəbər verir ki, 23:10 radələrində baş verən qəza nəticəsində qatarın sürücüsü, köməkçiləri, bələdçi və sərnişinlər də daxil olmaqla təxminən 10 nəfər xəsarət alıb. Daha sonra qəzaya uğramış qatar gecə saatlarında Zabrat stansiyasına aparılıb və 2:50 radələrində Moskvaya yola salınıb.
Qatarda xəsarət alan sərmişinlərə ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, qəzaya uğrayan qatar Rusiyaya aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB