Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mebel təmiri sexində 20 kv.m sahədə yumşaq mebel dəsti 20 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kv.m mebel sexinə bitişik tikilmiş köməkçi tikilinin içərisində 15 kv.m sahədə taxta yonqarı və sexin ərazisində 15 kv.m sahədə taxta qırıntıları yanıb. Mebel sexi yanğından mühafizə olunub. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus hər mərtəbəsi 150 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 ədəd kondisioner və 1 ədəd rəf yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 19:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB