Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Göygöl şəhərində inzibati binanın ərazisində ümumi sahəsi 6 kv.m olan köşkün yanar konstruksiyaları və icərisində olan əşyalar yanıb. Yaxınlıqdakı inzibati bina yanğından mühafizə olunub. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində (rayon mərkəzindən 15 km aralı) 10 ha sahədə quru ot yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə