Qaz sayğacında ani alışmadan yanğın baş verib

Qaz sayğacında ani alışmadan yanğın baş verib

Bakı şəhəri, Yasamal rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində qaz sayğacında ani alışmadan yanğın baş verib.

SİA-nın məlumatına görə, nəticədə 3 ədəd sayğac, elektrik kabellərinin üzlüyü 2 p.m, vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 3 otaqlı mənzilin giriş qapısının üzlüyü və dəhlizinin lambirdən ibarət tavanı 3 kv.m sahədə, vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin giriş qapısının üzlüyü və dəhlizinin lambirdən ibarət tavanı 1 kv.m sahədə yanıb.

Mənzillərin qalan hissələri və qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Yanğın saat 19:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə