Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. SİA-nın məlumatına görə, Abşeron şəhərində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli "VÜSAL" şadlıq evinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Biləsuvar rayonu, 11-ci qəsəbə ünvanında vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 2 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, Beyləqan rayonu, Kəbirli kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 2.5 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın saat 18:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə