Lənkəranda dəhşətli yol qəzası

Lənkəranda dəhşətli yol qəzası

Lənkəranda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, sürətlə hərəkət edən avtomobil 3 orta məktəb şagirdini və 64 yaşlı kişini vurub. Hadisə nəticəsində məktəbli qızlardan ikisi dünyasını dəyşib, digər yaralılar isə Lənkəran Müalicə Diaqnostika Mərkəzinə çatdırlıb.

Ağır yol-qəza hadisəsi bu gün saat 14:00 radələrində Lənkəran-Lerik yolunun Şağlaküçə kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lerik istiqamətində hərəkətdə olan Lənkəran rayonunun Rvo kənd sakini, 38 yaşlı Novruz Mənsim oğlu Mirzəyevin idarə etdiyi "Toyota Prado" markalı, 90 EE 785 dövlət nömrə nişanlı avtomobil, Şağlakücə kənd orta məktəbindən dərsdən çıxıb evə gedən şagirdləri və 64 yaşlı kişini vurub. Yaralı məktəbli qızlardan ikisi kənd sakinləri tərəfindən Lənkəran Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Digər yaralı isə sürücü Novruz Mirzəyev tərəfindən xəstəxanaya aparılarkən yenidən qəza baş verib. Bu dəfə avtomobil Bakı-Astara magistralının Lənkəran ərazisindən keçən hissəsindəki dükanların birinə girib.

Qeyd edək ki,baş verən ağır yol-qəza hadisəsi nəticəsində Şağlakücə kənd orta məktəbinin şagirdləri, 17 yaşlı Səidə Səyyar qızı Qəmbərova və 14 yaşlı Aydan Natiq qızı Bağırova dünyasını dəyişiblər. Məktəbin 18 yaşlı şagirdi Ayxanım Rizvan qızı Kərimova və kənd sakini 64 yaşlı Ağabəy Vəliağa oğlu Canıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hazırda rayon polis şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb,araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə