Yanğınsöndürənlər 30 sakini təxliyə edib. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumatda deyilir ki, Bakı şəhəri, Binəqədi rayonunda 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 34 kv.m olan ikiotaqlı mənzilin yataq otağında yataq dəsti və mebel 10 kv.m sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini (7 nəfər azyaşlı) təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub.
Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB