Qəzada 7 nəfər yaralanıb

Mingəçevir-Bəhramtəpə yolunun 74-cü km-də rayonun Hacalı kəndi ərazisində baş verən yol qəzasında iki minik maşını toqquşub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdədə baş verən yol qəzasında bir nəfər ölüb.

Qəza zamanı avtomobillərdən biri yaxınlıqdan keçən su kanalına düşüb. Hadisə zamanı "VAZ 21014" markalı avtomobildə olan sərnişin Elmir Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə zamanı 4-ü uşaq olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, kanala düşən avtomobilin sürücüsü xəsarəti yüngül olduğundan hadisə yerindən qaçıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə