Suriyanın İdlib şəhərinə zəhərli qaz atılıb: 2 nəfər ölüb, 20 nəfər zəhərlənib
Suriyanın İdlib şəhərində kərpic zavoduna hökumət qüvvələrinə məxsus vertolyotdan içərisində zəhərli qaz olan çanta atılıb.
Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, qazdan zəhərlənən Azad Suriya Ordusunun (ASO) 20-yə qədər üzvü yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
2 ASO əsgəri həlak olub.
Qazdan zəhərlənən əsgərlərə xəstəxanada oksigen verilsə də, xəstəxanada oksigen ehtiyatının kifayət qədər olmaması səbəbindən zərərçəkmişlərin təcili olaraq oksigen qazına ehtiyac duyduqları bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB