Yunanıstan sahilləri yaxınlığında iki yük gəmisinin toqquşması nəticəsində itkin düşdükləri güman edilən səkkiz dənizçinin axtarışları vertolyotların köməyi ilə davam etdirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kuk adaları bayrağı altında üzən "Piri Reis" gəmisinin batdığı bildirilir.
Gəmidə əsasən Suriya vətəndaşlarından ibarət 17 nəfər heyət üzvündən 7-si xilas edilib. 8 nəfər itkin düşüb, 2 nəfər isə həlak olub.
Sahil mühafizəsinin nümayəndələri bildiriblər ki, hadisə aprelin 29-da Yunanıstanın kiçik Sapiyentsa adasından 75 mil aralıda baş verib.
Antiqua bayrağı altında üzən digər "Consouth" gəmisi zədə almayıb və öz hərəkətini davam etdirə bilib. Gəmidəki 16 nəfər heyət üzvündən heç kəs zərər çəkməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB