Şirvanda 2 avtombil toqquşdu. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhərinin 1 May küçəsində şəhər sakini, 1960-cı il təvəllüdlü İlham Baba oğlu Təhməzovun idarə etdiyi "Opel" markalı 90 NM 160 nömrəli minik maşını ilə 1988-ci il təvəllüdlü Qədirov Elşən Balaxan oğlunun idarə etdiyi VAZ 21015 markalı 90 RF 452 nömrəli avtomobil qarşı-qarşıya toqquşub.
Zərbə güclü olduğundan hər iki maşının qarşı hissəsi ciddi zədələnərək yararsız hala düşüb. Qəza zamanı "Opel"in sürücüsü İlham Təhməzov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya həkimlər tərəfindən ilk tibbi yardım östərildikdən sonra travmatologiya şöbəsində yerləşdirilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB