Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb
Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumatda deyilir ki, Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ikimərtəbəli marketin 1-ci mərtəbsində ərzaq malları və rəflər 8 kv.m sahədə yanıb. Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Neftçala rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 8 kv.m olan hamamın yanar konstruksiyaları yanıb. Bitişik tikili yanğından mühafizə olunub.
Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, Salyan rayonu, Parça Xələc kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 aynabənddən ibarət evin taxta konstruksiyaları və ev əşyaları yanıb. Evə bitişik olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 00:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Zaqatala rayonu, Muxax kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan birmərətəbəli 2 oatqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan dəmir köşkün içərisində geyim paltarları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB