Xəzər rayonunda ev yanıb

Saatlı rayonu, Qıraqlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 24 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhəri, Xəzər rayonunda da vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan ərzaq malları 40 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik tikilmiş ev yanğından mühafizə olunub.

Qeyd edək ki, hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə