Şirvanda bina evi yanıb. SİA-nın aran bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında Şirvan şəhəri T.İsmayılov küçəsi bina 27d-də Abdullayeva Solmaz Ağa qızına məxsus olan 10 saylı mənzildə yanğın hadisəsi baş verib.
Yanğın mənzilin mətbəxində soyuducunun elektirik enerjisində yaranan qısa qapanmadan baş verib. Mətbəxdəki yanğının digər 3 otağa keçməsinin qarşısı Şirvan şəhər yanğından mühafizə əməkdaşlarının səyi nəticəsində alınıb. Yanğın zamanı mənzildə sahiblərindən olmadığına görə xəsarət alan olmayıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB