Qanıxçay çayına düşən şəxs tapılmayıb

Qanıxçay çayına düşən şəxs tapılmayıb

25 aprel tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gürcüstan ərazisində 1 nəfər Qanıxçay (Alazan) çayına düşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, həmin şəxsin suyun axını ilə Azərbaycan ərazisinə keçdiyi ehtimal olunur. FHN-nin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Aviasia dəstəsinin helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və vasitələri dərhal axtarışlara cəlb olunsa da, hələlik axtarışlar nəticə verməyib.

Qeyd edək ki, hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə