Avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb

Avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonunda "QAZ" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobildə olan sərnişin aldığı müxtəlif bədən xəsarətləri ilə minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə