Ucarda yanğın olub

Ucar rayonu Məlikballı kəndində (rayon mərkəzindən 33 km aralı) ümumi sahəsi 75 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın zamanı tövlədən 9 ədəd ev quşu yanğınsöndürənlər tərəfindən xilas olunub. Eyni zamanda yaxınlıqdakı tikililər də yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə