Lerik rayonunda baş verən ağır yol-nəqliyyat qəzası zamanı 3 nəfər ağır xəsarət alıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Lənkəran-Lerik şose yolunun 41-ci kilometrliyində, Günəşli kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mercedes" markalı avtomobili idarə edən Bakı şəhər sakini, 23 yaşlı Elvin Hafiz oğlu Zülfüqarov Lənkəran istiqamətində hərəkət edərkən idarəetməni itirərək hündürlüyü 6 metr olan körpüdən çaya düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - Lerik rayonunun Cəngəmirən kənd sakinləri, 50 yaşlı Vidadi Heybət oğlu Qafarov, onun oğlu, 24 yaşlı Orxan Heybətzadə və 53 yaşlı Gülnaz Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB