Tovuz rayonun Qovlar qəsəbəsində avtomobil qatarın altında qalıb. SİA-nın Aran bürosunun Tovuz rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata görə, "QAZ 31 10" markalı avtomobili qatar 200 metr məsafəyə qədər sürüyüb. Nəticədə avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü İlqar Hüseynov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 (Nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmişin ölümünüə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB