11 nəfər yanğından təxliyə olundu

11 nəfər yanğından təxliyə olundu

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 6 kv.m sahədə əşyalar yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaranan yüksək temperaturdan 10 kv.m sahədə lambirdən ibarət tavan əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini (2 nəfər azyaşlı) təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə