Şirvanda gənclər arasında kütləvi baltalaşma olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə 18 aprel 2013-cü il tarixdə Şirvan şəhərində el qəbirstanlığında 20 nəfərdən ibarət gənclərin arasında razborka olub. Razborkanın qızışması soyoq silahın-baltanın işə düşməsinə səbəb olub. Qanlı olayda 2 qardaş Şirvan sakinləri 1989-cu il təvəllüdlü Bayramlı Süleyman Hüseynağa oğlu və 1992-ci il təvəllüdlü Bayramlı Rüstəm Hüseynağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Gənclərin kütləvi baltalaşmasında qəbirstanlığa gəldikləri avtomabillərədə zərər dəyib. Baş verən inidentlə bağlı Şirvan şəhər polis şöbəsindən məlumat almaq mümkün olmayıb. Məsələyə qısa cavab verilərək bildirilib ki, təhqiqat bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB