Polis serjantı qəza törətdi

Quba-Xaçmaz yolunda baş vermiş dəhşətli qəza nəticəsində 2 nəfər ölüb. SİA-nın Şimal bürosundan verilən xəbərə görə, ötən gecə Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 28 yaşlı Xaçmaz rayonu, Yergüc kənd sakini Dəyanət Həmidovun idarə etdiyi "VAZ 2109" markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin 27 yaşlı Xudat şəhər sakini Pərvanə Lednejova hadisə yerində dünyasını dəyişib.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Xaçmaz RPŞ-da araşdırma aparılır.

Qeyd edək ki, avtomobilin sürücüsü 28 yaşlı Dəyanət Həmidov Xaçmaz Dəmir Yolları QSC-də Polis serjantıdır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə