Qubada gecə saatlarında bıçaqlanma hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə Qubanın Cağacuq kəndində qeydə alınıb. Kənd sakini 45 yaşlı Zaur Cəfərov, öz həyat yoldaşı, 35 yaşlı Rəmziyyə Cəfərovaya 1 bıçaq zərbəsi endirib. Xəsarət alan Rəmziyə Cəfərova Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın şöbə müdüri həkim Gəray Qurbanov bildirib ki, hazırda Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində yerləşdirilən xəstənin vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisəni törədən Zaur Cəfərov polis tərəfindən saxlanılıb. Faktla bağlı rayon polis şöbəsi tərəfindən cinayət işi açılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB