Xəzər rayonunda dəhşətli qəza

Bir nəfər ölüb, digəri isə yaralanıb
Xəzər rayonunda dəhşətli qəza

Bakı şəhəri,Xəzər rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qəzada bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Baş verən qəzada sürücü 1986-ci il təvəllüdlü Ruslan Oqtay oğlu Əhmədov ölüb.

Hadisə şahidlərinin verdiyi məlumata əsasən FHN-nin xilasedicilər hadisə yerinə çatana kimi şəxsiyyəti məlum olmayan sərnişin Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə