2 minik avtomobili toqquşub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda Bakı-Qazax yolunun 379-cu kilometrliyində vətəndaşa məxsus "OPEL" və "VAZ" markalı 2 minik avtomobili toqquşub. Nazirlikdən SİA-ya verilən məlumata görə, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "OPEL" markalı avtomobilin sürücüsü və sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, "VAZ" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə