Söyüş bıçaqlanmaya səbəb oldu

Söyüş bıçaqlanmaya səbəb oldu

Ağcabədi rayon polis şöbəsinə 1977-ci il təvəllüdlü Rövşən Əliyevin Mərkəzi Xəstəxanaya bıçaq xəsarəti ilə daxil olması haqqında məlumat daxil olduqdan sonra əməliyyat qrupu yaradılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qısa müddətdə hadisəni törətməkdə təqsirkar bilinən Rövşən Əliyevin qonşusu 1989-cu il təvəllüdlü Akif Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Müəyyən edilib ki, hadisə nalayiq söyüş söyüldüyünə görə yaranan mübahisə zəminində baş verib. Hazırda xəstəxanada olan Rövşən Əliyev söyüş söymədiyini iddia edir.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 126.1 maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə