Sürücü həbs edildi

Zaqatala rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi "Niva" markalı avtomobillə hadisəni törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Həmzət Həsənov tutulub. Müdafiə Nazirliyindən SİA-ya daxil olan məlumata görə, H.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 17-də saat 21:30 radələrində Zaqatala şəhərində H.Həsənov idarə etdiyi avtomobillə 1937-ci il təvəllüdlü Bakı şəhər sakini Telman Qarəhmədovu vuraraq hadisə yerindən qaçıb, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktala bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə