Xaçmazda 2 uşaq atası qətlə yetirilib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə Xaçmaz-Xaspoladoba yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib. Şəhərin Bakı küçəsi ev 2 ünvanında yaşayan 32 yaşlı İbrahimov Samir Nadir oğlu bıçaqlanaraq qətlə yetirilib. Ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi alan Samir İbrahimov elə hadisə yerində dünyasını dəyişib. Onun cəsədi Xaçmaz rayon morqunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Hadisənin kim tərəfindən hansı səbəbdən törədilməsi hələlik məlum deyil.
Qətli törədən şəxs və yaxud şəxslər cinayət alətini də götürərək hadisə yerindən qaçıb. Hazırda qətli törədənlərin müəyyən olunub saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB