Bir gündə 2 yanğın hadisəsi

İmişlidə bir gündə 2 yanğın hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 12 radələrində İmişli rayonun mərkəzində Muğan küçəsi-3-də Ağayev Şakir İmran oğluna məxsus evdə başlayan yanğın anidən güclənib. 2 otaqlı evin bir otağı yanaraq kanstruksiyaları ilə bir yerdə sıradan çıxıb.

Eyni zamanda evdə olan 2400 manat pul qızıl zinət əşyaları da yanıb. Hadisənin qaz balonun partlamasından baş verdiyi bildirilir. Ev sahibəsi yemək bişirən zaman anidən qaz alışıb və partlayış baş verib.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin əməkdaşları gəlib alovun qarşısı alınıb. Evin bir otağı xila edilsədə Ağayevlər ailəsinə məxus bütün əşyalar yanan otaqda olduğunda ciddi ziyan dəyib.

Digər yanığın hadisəsi İmişli rayonunda saat 16:00 radələrində Aran küçəsində baş verib. Quliyev Ceyhun Nəcəfalı oğluna məxsus Umumi sahəsi 80 kv metr olan 1 mərtbəli fərdi yaşayış evinin 36 kv metri və tavan hissəsi yanıb. Hadisə yerinə imişli rayon yanğından mühafizə xidmətinin 2 ədəd avto çəni cəlb edilib. Evin 44 km metri xilas edilib və yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin elektirk naqilindəki qısa qapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə