İmişlidə dəhşətli qəza: 4 nəfər öldü YENİLƏNİB

İmişlidə dəhşətli qəza: 4 nəfər öldü YENİLƏNİB

İmişlidə baş verən avtomobil qəzasının təfərrüatları bəlli oldu. SİA-nın Aran bürosunun əldə etdiyi məlumata görə, hadisə şadlıq sarayına gedən toy karvanındakı avtomobillərdən birinin sərnişinlərinin başına gəlib.

4 nəfər gəncin ölümü ilə nəticlənən dəhşətli qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 78-ci km-də İmişli rayonun Ağaməmmədli kəndindən keçən hissəsində baş verib. İmişli rayon istiqamətində hərəkətdə edən toy karvanındakı 16 yaşlı Musayev Vüsal Beydulla oğlunun idarə etdiyi VAZ- 21015 markalı minik avtomobil qarşıdan gələn Gürcüstan vətəndaşı Yahyayev Şahinin idarə etdiyi "Şaqman" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişin - 17 yaşlı Məmmədov Elşən Kamran oğlu, 19 yaşlı Zeynalov Fətulla Əzizağa oğlu və 17 yaşlı Baxşəliyev Rahib Nizam oğlu hadisə yerindəcə dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə