Mülki şəxs minaya düşüb

Azərbaycanda mülki şəxs minaya düşüb. SİA-nın məlumatına görə, partlayış bu gün Ermənistan-Azərbaycan sərhədində, Xanlıqlar kəndinin ərazisində baş verib. 1990-cı il təvəllüdlü, Xınalıqlar kəndinin sakini Adil Vəliyev kəndin ərazisindəki meşə sahəsində neytral zonada minaya düşüb. Ermənilərin həmin ərazini atəşə tutması isə kənd sakinlərinin onu ərazidən çıxarmasına mane olub.

Bütün xəbərlər Facebook səhifəmizdə