5 nəfər qidadan zəhərləndi

Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub. Daxili İşlər Nazirliyindən SİA-ya daxil olan məlumata görə, aprelin 13-də Qazax rayonunun Kəmərli kəndində kənd sakini Ruslan Cəfərovun evində qızları Aytac, Gülsüm, Aytən, oğlu Yusif və qohumu, Gürcüstan vətəndaşı Vüqar Şahverdov kolbasadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə