ABŞ-ın hərbi aviabazasına raket zərbəsi endirilib

ABŞ-ın hərbi aviabazasına raket zərbəsi endirilib

ABŞ-ın Əfqanıstanın Cəlalabad aeroportunda yerləşən ən böyük aviabazası raket hücumuna məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Taliban" qüvvələrinin təşkil etdiyi ehtimal olunan hücum zamanı aviabazaya üç raket buraxılıb.

Raket zərbəsi nəticəsində xəsarət alan olmasa da, dinc məqsədlərlə istifadə edilən helikopter zədələnib.

Qeyd olunur ki, sözügedən aviabaza ötən ay da analoji hücuma məruz qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə