Bu gün səhər saatlarında Qazax rayonunda, Bakı-Qazax yolunun 477-ci km-də "Mercedes" markalı avtobus yolun kənarına aşıb. SİA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində sürücü və 2 nəfər sərnişin xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 06:25-də xilasedicilər tərəfindən başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB