Azyaşlı Goranboy sakini diqqətsizliyin qurbanı oldu

Azyaşlı Goranboy sakini diqqətsizliyin qurbanı oldu

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində bədbəxt hadisə baş verib. SİA-nın bölgə müxbirinin Goranboy rayon Prokurorluğuna istinadən verdiyi məlumata əsasən kənd sakini az yaşlı Nuranə Cümşüdova su arxına düşərək həyatını itirib.

Bildirək ki, dünyasını dəyişən uşaq kəndin ərazisindəki 2 saylı Uşaq Baxçasının həyətindən axan su arxına düşərək həyatını itirib. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə