Ötən gecə iki yanın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Masallı şəhərində 1938-ci il təvəllüdlü Muxtarova Səkinə Əbil qızına məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi (yataq xəstəsi) S. Ə. Muxtarovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Digər yanğın hadisəsi isə Zərdab rayonunda baş verib. Belə ki, Dəli Quşçu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB