Qubada su anbarının tikintisində faciə baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, torpaq qatının altında qalan fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda deyilir ki, Qubanın Amsar kəndində yaşayan 45 yaşlı Cavid Nuxçanov Nügədi yolunun kənarında tikilən böyük su anbarında işləyirmiş. Faciə Nuxçanovun ekskovatorla su anbarı üçün böyük xəndək qazarkən baş verib. Quba rayon prokurorunun köməkçisi Samir İsmayılovun verdiyi məlumata görə, Cavid Nuxçanov eni 1 metr və hündürlüyü 3 metr olan su anbarında ekskovatorla qazıntı apararkən yan tərəfdən qopan torpaq qatı onun üstünə uçub. Nəticədə kömək edilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları bildirirlər ki, Cavid Nuxçanov çox zəhmətkeş insan idi.
Hadisə ilə bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB