Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində quldurluqla məşğul olan dəstə saxlanılıb. SİA-nın bölgə müxbirinin Şəmkir rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata əsasən cinayətlərdə şüphəli bilinən Elməddin Məmmədov, Dəmir və Zaur Bayramov qardaşları həbs olunub.
Adıçəkilən şəxslər qonşuluqda yaşayan Qəzənfər Qasımovun yaşadığı mənzilə girib ev sahibi və həyat yoldaşını bıçaqla hədələyərək mənzildən 6 min manat dəyərində pul və xenyli miqdarda qızıl zinət əşyaları aparıblar. Hazırda faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb istintaq aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB