Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib

Aprelin 10-da saat 20.00 radələrində Lənkəran-Boradigah şossesinin rayonun Girdəni kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadsəsi qeydə alınıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən SİA-nın Cənub bürosuna verilən məlumata görə, Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Sakit Qadir oğlu Bayramovun idarə etdiyi "VAZ-2107" markalı, 42 BM 987 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Cavanşir Fəyaz oğlu Tahirovun idarə etdiyi "VAZ-21074" markalı, 10 GL 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "VAZ-21074"-nin sərnişini, rayonun Vilvan kənd sakini, 1981-ci il təvəllüdlü Qadir Məhərrəməli oğlu Rzayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sürücüsü ilə digər avtomobilin sərnişinləri - Lənkəranın Girdəni kənd sakini, İdrak Salman oğlu Paşayev və Osakücə kənd sakini Arzu Əsəd oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə-Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə