Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində balıqçının batması barədə məlumat yayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 11 aprel 2013-cü il tarixinə keçən gecə 2 nəfər Masallı rayonu, Qızılağac kəndi ərazisindən qayıqla dənizə çıxıb, lakin hava küləkli olduğundan qayıq çevrilib. Qayıqda olan 1979-cu il təvəllüdlü Niyaməddin Mirzəxan oğlu Ağayev üzərək sahilə çıxıb, 1981-ci il təvəllüdlü Elsevər Mehman oğlu Allahverdiyev itkin düşüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən E.Allahverdiyevin axtarışları aparılır. Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB