Neftçala rayonunun Cəngan kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bundan başqa Qax şəhərində da vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan dülgər sexinin yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.
Qeyd edək ki, hər iki yanğın hadisəsi yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB