Yol terroru yenə can aldı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında Hacıqabul rayonun ərazisində Bakı-Qazax yolunun 120-ci kilometrliyində Bakı sakini, 1990-cı il təvəllüdlü Süleymanov Zaur Zəfər oğlu idarə etdiyi "Mercedes" markalı 10 US 739 nömrəli avtomobillə hərəkətdə olarkən qəflətən dönmə əməliyyatı edib və arxadan gələn Daşkəsən rayon sakini, sürücü Süleymanov Süleymanın idarə etdiyi "KaMAZ" markalı 25 BE 427 nömrəli yük maşını ilə toqquşub.
Nəticədə "Mercedes"də olan sərnişin 1966-cı il təvəllüdlü Bakı sakini Bağırova Şəhla İsa qızı dünyasını dəyişib, digər sərnişinlərdən 1986-cı il təvəllüdlü Bakı sakini Rzayev Emin Məhəbbət oğlu xəsarət alaraq Şirvan şəhər nərkəzi xəstəxanasına yerləşdirilib. Baş vermiş hadisə ilə bağlı BDYP idarəsinin istintaq bölməsində cinayət işi açılıb araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB