Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün saat 07:15 radələrində Ağdam rayon sakini Dilqəm Abbasov və Şamaxı rayon sakini Vüqar Həbibov VII mikrorayonda yaşayan Turəxanım Əliyevanın evindən eyvandan keçmə yolu ilə 500 ABŞ dolları, 5 min manat, qızıl-zinət əşyaları oğurlayan zaman Binəqədi rayon Polis İdarəsi Cinayət Axtarışlar Şöbəsi və 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunublar.
Qeyd edək ki, cinayətdə şübhəli bilinən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB