3 avtomobil yararsız hala düşüb

3 avtomobil yararsız hala düşüb

Cəlilabadda avtomobil təmiri sexində baş vermiş yanğın nəticəsində bir "Mercedes" və iki "VAZ" markalı avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisində təmirə dayanmış 1 ədəd "Mercedes" və 2 ədəd "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi və 2 ədəd avtomobil yanğından mühafizə olunub. Yanğın saat 05:50-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə