Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol hadisəsi baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, qəza nəticəsində yolu keçmək istəyən 62 yaşlı rayon sakini hadisə yerindəcə dünyasını dəyişib.
Ölümlə nəticələnən yol-qəza hadisəsi aprelin 5-də saat 12:20 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Belə ki,rayonun Göyşaban kənd sakini, 1951-ci il təvəllüdlü Gülüstan Nuriyeva oğlu ilə birgə yolu keçmək istəyərkən kimliyi hələlik istintaqa məlum olmayan "Mersedes" markalı avtomobil tərəfindən vurulub. Şahidlərin sözlərinə görə, Masallı rayonu istiqamətində hərəkətdə olan "Mersedes" markalı avtomobil piyadanı vurduqdan sonra ona ilkin yardım göstərmək əvəzinə hadisə yerindən qaçıb. Baş nahiyəsindən ağır xəsarətlər alan Gülüstan Nuriueva elə hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Lənkəran RPŞ-də araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB