Dövlət sərhədini pozan 48 nəfər saxlanılıb

Dövlət sərhədini pozan 48 nəfər saxlanılıb

Mart ayında Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycanın dövlət sərhədini pozduğu üçün 30 halda 48 nəfər saxlanılıb. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanlardan 23 nəfər Azərbaycan, 8 nəfər İran, 8 nəfər Özbəkistan, 3 nəfər Gürcüstan, 2 nəfər Moldova, hər ölkədən 1 nəfər olmaqla Tacikistan, Qırğızıstan, Qazaxıstan və Şri-Lankanın vətəndaşı olub. Rejim qaydalarını pozarkən quru sərhədlərində 9 halda 14 nəfər, Xəzər dənizində isə 29 halda 50 nəfər saxlanılıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 208 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 36 kq 289 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə tədbirləri nəticəsində isə 53 halda ümumi dəyəri təqribən 1 milyon 144 min manat təşkil edən qaçaqmal tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə