Azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Aprelin 2-də Abşeron rayonunun Kürdəxanı qəsəbəsində yaşamış 19 fevral 2013-cü il təvəllüdlü Qədirov Qurbanhüseyn Zakir oğlunun sünnət edilərkən ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Müəyyən edilib ki, Q.Qədirovun son 10 gündə sidik ifraz edə bilməməsi, axırıncı 3 gündə isə səhhətinin daha da pisləşməsi səbəbindən valideynləri çıxış yolunu onun sünnət etdirilməsində görüblər. Bu məqsədlə yaşadığı evə "dəllək" dəvət edərək onu sünnət etdirib, sonradan uşağın vəziyyəti pisləşərək 14 saylı Təcili Tibbi Yardım Stansiyasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə